Malatyanın ən böyük konteyner şəhərciyinə 8 min zəlzələ qurbanı yerləşdirilib
Malatyanın ən böyük konteyner şəhərciyinə 8 min zəlzələ qurbanı yerləşdirilib
23.03.2023 MEDİA Tərəfindən

Fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətində baş verən zəlzələlərin böyük dağıntılara səbəb olduğu Malatyada 8 min zəlzələ qurbanı 2 min 122 konteynerin qurulduğu müvəqqəti sığınacaqlara yerləşdirilib.

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, "əsrin fəlakəti" olaraq adlandırılan Pazarcık və Elbistan episentrli zəlzələlərdən zərər görən vilayətdə, vətəndaşların sığınacaq probleminin həlli üçün işlər davam etdirilir.

Malatyanın ən böyük konteyner şəhərciyi isə İnönü Universiteti Texnoparkın bağçasında təxminən 200 dekar sahədə qurulub. 

İnfrastruktur işlərindən sonra 2 min 122 konteyner qurulan müvəqqəti məskunlaşma mərkəzinə 8 min nəfər yerləşdirilib.

İlahə Əliyeva