Mal eynidir, alıcılar fərqli: kasıb bahanı almaz, varlı da ucuzu
Mal eynidir, alıcılar fərqli: kasıb bahanı almaz, varlı da ucuzu
24.10.2021 Səlahəddin Xəlilov Tərəfindən

Hekayə deyil...

Qonşuluqda bir meyvə dükanı açılıb. 

Səhər-səhər mal gətirdilər. Gördüm ki, eyni meyvəni iki yerə böldü; birinə 3 manat, o birinə 5 manat qiymət qoydu.

- Niyə eyni mala belə fərqli qiymət qoyursan?

- Mal eynidir, alıcılar fərqli: kasıb bahanı almaz, varlı da ucuzu.

P.S.

- Olmazmı elə orta qiymət yazasan?

- Onda heç satılmaz. Bizdə orta təbəqə yoxdur.

- Belə görürəm ki, söhbət iqtisadi mövzuda başladı, sosioloji mövzuya keçdi.

- Olsun, hətta fəlsəfəyə də keçid mümkündür: Qütbləşmədən "qızıl orta"ya.

Professor Səlahəddin Xəlil

Visiontv.az