Makron Baydeni Rusiya neftinin əvəzolunmazlığına inandırmağa çalışıb
Makron Baydeni Rusiya neftinin əvəzolunmazlığına inandırmağa çalışıb
01.07.2022 MEDİA Tərəfindən

Fransa prezidenti amerikalı həmkarına izah edib ki, Səudiyyə Ərəbistanı, Fars körfəzinin digər aparıcı neft istehsalçıları, bazarda Rusiya neftini əvəz edəcək qədər hasilatı artıra bilməyəcək. Bu barədə New York Post yazır.

Fransa prezidenti Emmanuel Makron Yeddilik Qrupunun (G7) son sammiti zamanı ABŞ prezidenti Co Baydeni Rusiya neftinin əvəzolunmazlığına inandırmağa çalışıb. Məqalədə deyilir: “Emmanuel Makron ABŞ prezidenti Cimmi Karterin bütün siyasi səhvlərini təkrarlamağa çalışan Co Baydenlə yumşaq bir şəkildə mübahisə etməyə çalışdı.

Məlumata görə, Fransa prezidenti Co Baydenə izah edib ki, Səudiyyə Ərəbistanı, Fars körfəzindəki digər böyük neft istehsalçıları bazarda Rusiya neftini əvəz edəcək qədər hasilatı artıra bilməyəcək.

visiontv.az