Magistral xətdə qəza baş verdi - 5 şəhər və rayonda su kəsildi
01.07.2020

Magistral xətdə baş verən qəza səbəbindən bir neçə rayona suyun verilməsində fasilə yaranıb.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, gecə saatlarında Sabirabad magistral xəttində baş verən qəza nəticəsində Şirvan-Muğan qrup su kəmərinə suyun verilişi dayanıb.

Qəza səbəbindən Şirvan şəhəri, Salyan, Biləsuvar, Sabirabad və Saatlı rayonlarına suyun verilməsində fasilə yaranıb. Hazırda qəzanın aradan qaldırılması başa çatmaq üzrədir. Yaxın saatlarda suyun verilməsi bərpa olunacaq.