Madonnadan 1 il əvvəl koronavirus mesajı-FOTO VİDEO
22.06.2020

Məşhur müğənninin tac və əleyhqazda olan şok klipi.

Dünyanı bürümüş koronavirus epidemiyası insanlarda qorxu, sabaha nigarançılıq yaradıb.

Dövlətlərin virusa qarşı bütün resurslarını səfərbər etdiyi bir məqamda dünya şöhrətli estrada müğənnisi Madonnanın bir mahnısı və klipi diqqət mərkəzinə düşüb.

Visiontv.az Azpost.info-ya istinadən bildirir ki, “Gələcək” adlanan bu mahnı 2019-cu ilin may ayında İsraildə keçirilmiş Avroviziya yarışmasında səslənib. Epataj janrında hazırlanmış səhnədə Madonna çox qəribə cümlələr olan mahnı oxuyur.
Bir gözü üstündə iks çəkilmiş dəri parça ilə sarğılı, qara geyimdə, başında tac olan Madonna kilsə musiqisi effektləri ilə pillələrə düşür, bu zaman onu üzlərinə eleyhqaz taxmış rəqqaslar dövrəyə alır. Taclı və qara paltarlı Madonna onları səslənərək “Heç də hamı gələcəyə çatmayacaq, Burda olanlardan kim varsa əbədi burda qalacaq” -oxuyur. Bu zaman arxada kilsə, məscid, sinaqoq və yanğın effektləri göstərilir.
Musiqi biliciləri və dinləyicilər üçün bu mahnı o zaman bu epataj nümunəsi sayılıb. Madonna həmişə tamaşaçıları belə başgicəlləndirici effektlərlə təəccübləndirməyi sevir.

Amma bu gün bu klipə yenidən baxanda insanları heyrət bürüyür: Dünyanı təlatümə salmış Koronavirusla bağlı açıq işarələr və səhnə simvolları 1 il bundan əvvəl mahnıya necə düşüb?

Müşahidəçilərin fikrincə qara qiyafədə başına tac qoyaraq oxuyan Madonna hansı yolla isə bu gün dünyanı qorxuya salan koronavirusa işarə edib.
Mahnının sözləri də qəribədir və sanki simvollarla danışır.

Madonna oxuyur:
“Heç də hamı gələcəyə çatmayacaq
Heç kim keçmiş səhvlərindən ibrət almır
Heç də hamı gələcəyə çatmayacaq
Burda olanlardan kim varsa əbədi burda qalacaq
Siz xəbərsizsiniz,
Bizə tərəf gəlin, xəbəriniz olsun!
Qırıq-qırıq edilənləri…
Ümid verin.
Həyat verin,
O bircə dənədir, onu doğru yaşayaq.
Bu sözləri oxuyan Madonna nəfəsini əleyhqaz geyinmiş adamların üstünə buraxır, onlar yerə yıxılırlar.
Müxtəlif komplo nəzəriyyə həvəskarları burada dünyanı idarə edən məxfi güclərin mesajının olduğunu deyir, digərləri isə bunun bir təsadüf olduğunu vurğulayırlar. Onlar mahnının sadəcə bəşəriyyətin gələcəyi üçün narahatlıq doğuran problemlərin ümumi mənzərəsinə həsr edildiyini bildirirlər.