Madaqaskarda elit CAPSAT bölməsi ölkənin Silahlı Qüvvələrinin nəzarətini ələ aldığını elan edib və prezident Andri Rajoelinanın əmrlərinə tabe olmaqdan imtina edib.
Hadisələr 25 sentyabrdan bəri davam edən su və elektrik təchizatındakı fasilələrlə bağlı geniş etirazlar fonunda baş verir. CAPSAT əsgərləri etirazçılara qoşularaq onları Antananarivodakı "13 May Meydanı"na müşayiət ediblər və general Demosten Pikulusu Silahlı Qüvvələrin yeni baş komandanı təyin ediblər.
Prezident Rajoelina hərbçilərin bu hərəkətini qeyri-qanuni və zorakı hakimiyyət ələ keçirmə cəhdi kimi pisləyib. Baş nazir Rupen Fortuna Zafisambo isə dialoq və birlik çağırışı edib.
Hərbçilər isə çevriliş elan edərək, konstitusiyanın fəaliyyətini dayandırıb və etirazların artması fonunda prezident Andri Rajoelinanı hakimiyyətdən kənarlaşdırmaq qərarı verdilər..
Madaqaskar üç həftə ərzində ölkədə son illərdə ən əhəmiyyətli iğtişaşlarla sarsıldı. Etirazlara özünü "Gen Z Madaqaskar" adlandıran qrup rəhbərlik edir.
visiontv.az