Livan İsraili bütün ərazilərindən tam şəkildə çıxmağa çağırıb
18.02.2025

İsrailin Livan ərazisində mövcudluğunu davam etdirməsi işğal sayılır.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə Livan prezidentliyinin sözçüsü bildirib.

“Livan öz torpaqlarında qalan İsrail varlığını işğal hesab edəcək. İsrailin Livan torpaqlarından çıxarılmasını təmin etmək üçün bütün vasitələrdən istifadə etmək hüququmuz var”, - qeyd edilib.