Litvada Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilib
28.01.2020

Litvada, böyük sənaye şəhəri olan Alytusda, yerli kollegiyaların zalında XX əsrin ən dəhşətli faciələrindən biri - Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib.

Tədbir Alytus şəhərinin üçüncü nəsil universiteti və Beynəlxalq Avrasiya Mətbuat Fondunun Litvadakı nümayəndəsi, hərbi jurnalist Riçardas Lapaytis tərəfindən təşkil edilmişdir. "Xocalıya Ədalət" şüarı altında keçən bu mühüm tədbirdə universitetdən 200-dən çox insan iştirak edib. Tədbirin baş tutmasında, həmçinin universitetin direktoru Yana İnqeleviçienenin xidməti olmuşdur.

Gənc müğənni Karolina Blajeviçyute Xocalının qətlə yetirilmiş 613 sakininin xatirəsinə həsr olunan vətənpərvərlik mahnıları ifa edib.

Hərbi jurnalist Riçardas Lapaytis Litva ictimaiyyətinə Xocalı sakinlərinin dəhşətli taleyi barədə məlumat verib.

"Erməni millətçilərinin silahlı dəstələri, habelə müxtəlif ölkələrin muzdluları keçmiş SSRİ-nin Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının ağır texnikaları və şəxsi heyətinin dəstəyi ilə, Kremlin məlumatı olaraq uzun müddət blokadadan tükənmiş Xocalı şəhərinə hücum etdilər. Erməni millətçiləri xüsusi qəddarlıqları ilə fərqlənirdilər. Xocalıda qətlə yetirilən 613 nəfərdən 106-sı qadın, 63-ü uşaq, 70-i qoca idi. R.Lapaytisin sözlərinə görə, erməni millətçiləri tərəfindən əsir götürülən insanlar alçaldılaraq və əzab verilərək ən ağır taleni yaşadılar. Hərbi əsirləri ziyarət edən Memorial insan hüquqları mərkəzi buna şahiddir. Bu qeyri-insani əməliyyatın əsas günahkarları 1992-ci ilin yanvarında razılaşma əldə edən Zarviqorov-Oqanov-Şapoşnikov idi, qalanı yalnız vaxt məsələsi idi.

Alytusdakı tədbirdə Litvalı rejissor Alexandras Brokasın "Sonsuz Dəhliz" sənədli filmi də nümayiş olunub. Film artıq yüzdən çox ölkədə və bir çox film festivallarında nümayiş etdirilib və bir sıra nominasiyalara layiq görülüb.

Yanvarın 21-də Litva Milli Kitabxanasında Bakıdakı Qanlı Yanvar hadisələrinə həsr olunmuş daha bir mühüm tədbir keçirilib. Vilnüsdə "1990-cı il 20 Yanvar və Muğamlar" adlı film nümayiş olunub. Filmin rejissoru Aqne Martsinkeviçyutedir. O, Roma Dabrukasın Azərbaycandakı o faciəli gecə barədə 30 il əvvəl lentə aldığı filmin kadrlarını izlədikdən sonra bu filmi çəkmək qərarına gəlib.

Professor Vitautas Landsberqis Bakının tarixinin eyni zamanda litvalılar barədə olduğunu vurğulayıb. O deyib ki, o vaxt biz eyni bir həbsxanada idik və azadlıq istəyirdik!

Azərbaycanın Litvadakı səfiri Tamerlan Qarayev milli kitabxanada təşkil olunan tədbirdə çıxış edərək, filmin rejissoruna və Bakıda baş verən faciəli hadisələri lentə alan, bu görüntüləri qoruyub saxlayan hər kəsə təşəkkürünü bildirib. Azərbaycan səfirinin sözlərinə görə: "Bu gün biz azadlıq müdafiəçilərimizi xatırlayırıq və bütün xalq həlak olanları yad edir!"

Tədbirdə Litvadakı Azərbaycan icmasının sədri Mahir Həmzəyev və diasporanın digər nümayəndələri iştirak ediblər.

Litva bir daha göstərdi ki, Azərbaycanın ən çətin anlarında onun yanında olub və olmaqdadır, onun kədərini bölüşür və Azərbaycan xalqını dəstəkləyir.