Bu il 78-ci dəfə təşkil ediləcək Kann Film Festivalında məşhur aktyor Robert De Niroya "Şərəf mükafatı" veriləcək.
BAKU.WS xəbər verir ki, aktyora "Qızıl Palma"nı gənc həmkarı Leonardo DiKaprio təqdim edəcək.
Festivalda sonuncu dəfə "Şərəf mükafatı" Meril Strip və Cudi Fosterə verilib.
Bu il keçiriləcək festivalın münsifi yenidən aktrisa Jülyet Binoş olacaq.
Xatırladaq ki, DiKaprio ilə De Niro ilk dəfə 1993-cü ildə "This Boy"s Life" adlı filmdə çəkiliblər.
Visiontv.az