Lənkəranda meşəlik ərazdə baş verən yanğın məhdudlaşdırılıb
04.08.2021

Lənkəranda mürəkkəb relyefli dağlıq ərazidə meşə zolağında baş verən yanğın məhdudlaşdırılıb.

Bu barədə Visiontv.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Gülçin Meydiyeva məlumat verib.

Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidməti əməkdaşlarının operativ müdaxiləsi nəticəsində Osaküçə meşəbəyliyinin ərazisində, Hirkan Milli Parkı ilə sərhəddə baş verən yanğın bu gün məhdudlaşdırılb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.