Lend-Liz proqramı Kiyevin Vaşinqtona böyük borcunun olmasına gətirib çıxaracaqmı?
16.05.2022

Lend-Liz proqramı çərçivəsində ABŞ-ın Ukraynaya silah verməsi Kiyevin Vaşinqtona böyük borcunun qalmasına gətirib çıxarmayacaq.

Bu barədə ABŞ-ın Ukraynadakı müvəqqəti işlər vəkili Kristina Kvin mayın 16-da “European Pravda” nəşrinə müsahibəsində bildirib: "Lend-Liz prezidentə tez bir zamanda silah tədarük etməyə imkan verən mexanizmdir. Adından fərqli olaraq (borc vermək, icarəyə vermək ), biz demirik ki, Ukrayna aldığı hər şeyin pulunu geri qaytarmalıdır. Bu mexanizm bir az fərqlidir".

O qeyd edib ki, proqramın əsas məqsədi yardımın göstərilməsini sürətləndirməkdir: "Birləşmiş Ştatlar başqa dövlətə silah satdıqda  hökumət ixrac prosedurundan keçməli, razılıq almalı və müəyyən məhdudiyyətlərə əməl etməlidir. Və məhz bu məhdudiyyətlərlə qarşılaşmamaq üçün Lend-liz çərçivəsində silahların təhvil verilməsi təklif edilir. Bu, sadəcə olaraq, silah tədarükünün sürətləndirilməsi prosedurudur. Ona görə də  Lend-Liz proqramı Ukraynanın müharibədən sonra nəhəng borcu qalmasına gətirib çıxarmayacaq".

Əi Əliyev

viaiontv.az