Lavrovun Zelenskini Hitlerlə müqayisə etməsi və faşist Njdenin şəkli önündə aksiyaların təşkili təsadüfi deyil
Lavrovun Zelenskini Hitlerlə müqayisə etməsi və faşist Njdenin şəkli önündə aksiyaların təşkili təsadüfi deyil
06.05.2022 Elçin Mirzəbəyli Tərəfindən

Rusiyanın Xarici işlər naziri, Tiflis ermənisi Viktor Kalantaryanın oğlu Sergey Lavrovun Ukrayna prezidenti Volodimir Zelenskinin yəhudi əsilli olduğunu vurğulayaraq, onu Adolf Hitlerlə müqayisə etməsi və yəhudiləri antisemitizmdə suçlamasıyla, demək olar ki, eyni vaxtda Ermənistanda, faşist Qaragin Njdenin şəkli olan bannerlərin önündə sifarişli aksiyaların təşkil edilməsi, düşünürəm ki, təsadüfi deyil.

Antisemitizm, yəhidi və türk düşmənçiliyi ermənilərin qanında, fitrətindədir və bu qanın, düşüncənin daşıyıcısı olan Lavrovdan da fərqli bir yanaşma gözləməyə dəyməzdi, hansı məqamdasa özünü büruzə verməliydi, verdi də...

Maraqlıdır, dünyanın müxtəlif ölkələrində, o cümlədən Ukraynada “faşist” ovuna çıxan Rusiya başbilənləri bircə dəfə də olsun rəsmi səviyyədə ermənilərin faşist cəlladları - Qaragin Njde, Mandalyan, Darbinyan sevgisinə rəsmi münasibət bildirməyiblər. Faşizmin təbliği və müdafiəsi ilə bağlı ümumi fikirlər səsləndiriblər, amma ünvan göstərməyiblər və indi də bəlli olur ki, sən demə “dava Ukrayna davasıymış”. Faşist köpəyi, cəllad Qaragin Njdeyə İrəvanın mərkəzində ucaldılan abidəni hərbi-siyasi müttəfiqləri “Ermənistanın daxili işi” hesab edənlər, başqa bir dövlətin ərazisində tanklarla, raketlərlə “faşizmin izinə düşüblər”. İndi bütün təbliğatlarını faşizmə qarşı mübarizənin üzərində quranların, hələ də 1941-45-ci illərin havasında yaşayanların mistik faşizmlə əbədi mübarizəsi fonunda reinkarnasiya prosesinin baş verdiyinin şahidi oluruq. Faşizm “bədən dəyişir”...

Lavrova və onun Ermənistandakı qandaşlarına gəldikdə isə, onların reinkarnasiyaya ehtiyacı yoxdur. Faşizm və antisemitizmin “ruhi” zatən onların”bədənindədir”.

Elçin Mirzəbəyli

Visiontv.az