Laçındakı təlimlərdə diqqət çəkən əsas məqam məhz işğaldan azad olunmuş ərazilərdə keçirilməsidir
Laçındakı təlimlərdə diqqət çəkən əsas məqam məhz işğaldan azad olunmuş ərazilərdə keçirilməsidir
07.09.2021 Nəsib Məhəməliyev Tərəfindən

Laçın rayonu ərazisində Azərbaycan-Türkiyə hərbçilərinin birgə döyüş təlimləri hər iki qardaş ölkənin Silahlı Qüvvələri arasında əldə olunmuş razılığa əsasən keçirilir.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı  İlham Əliyev, tarixi Şuşa  Bəyannaməsini şərh edərkən qeyd etmişdi ki, Azərbaycan Ordusu Türk Ordusuna uyğun modernləşdiriləcəkdir. Son zamanlar, bu çərçivədə müxtəlif qoşun növlərinin iştirakı ilə, fərqli coğrafi şəraitdə silsilə döyüş təlimləri hər iki ölkədə keçirilməkdədir. Əsas məqsəd şəxsi heyətin taktiki və fiziki hazırlığını təkmilləşdirmək, bütövlükdə isə, qoşunların real döyüş şəraitində birgə fəaliyyətinə, qarşılarında duran ən  çətin  vəzifələri icra etmək qabiliyyətinə nail olmaqdır. İndiki təlimlərdə diqqət çəkən əsas məqam ondan ibarətdir ki, bu təlimlər 44 günlük müharibədən sonra ilk dəfə məhz, işğaldan azad olunmuş Qarabağda keçirilir. Erməni tərəfi təlimləri yaxından izləyir və millətçi kəsim bu təlimləri yeni çağırış, təhlükə olaraq qymətlənidirir və narahatlıqlarını gizlətmir.

Nə qədər ki, Ermənistanla sülh müqaviləsi bağlanmamışdır, regionda gərginliyin saxlanılmasında maraqlı qüvvələr yox deyil, deməli müharibə təhlükəsi qalmaqdadır, Ordumuzun döyüş qabiliyyəti  daim təkmilləşdirilməli və düşmən anlamalıdır ki, Azərbaycanla münasibətdə sülhün alternativi yoxdur.

Millət vəkili Nəsib Məhəməliyev

Visiontv.az