Laçın-Xankəndi yolundakı aksiya 105 gündür davam edir
26.03.2023

Laçın-Xankəndi yolundakı aksiya 105 gündür davam edir. Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

Visiontv.az Apa - ya istinadən xəbər verir ki, ictimai fəallar aksiyanı gecə boyu davam etdirib. Bu gün də günə Azərbaycan Dövlət Himnin səsləndirməklə başlayıb.

Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb.