Laçın-Xankəndi yolunda eko-fəalların aksiya keçirdiyi ərazidə fotosərgi təşkil olunub
09.01.2023

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçilərinin Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyası davam edir.

Visiontv.az xəbər verir ki, eko-fəalların Xankəndi-Laçın yolunda aksiya keçirdiyi ərazidə fotosərgi təşkil olunub. Sərgidə Ermənistanın Azərbaycan torpaqlarını işğalda saxladığı müddətdə həyata keçirdiyi ekoloji terror, talançılıq siyasətinin nəticələri öz əksini tapıb.

Qeyd edək ki, aksiya 29 gündür davam edir.

APA