Laçın və Zabuxda evləri yandıranların kimlikləri bir-bir təsbit olunmalıdır
Laçın və Zabuxda evləri yandıranların kimlikləri bir-bir təsbit olunmalıdır
16.08.2022 Sahib Alıyev Tərəfindən

Prezident İlham Əliyevin AzTV-yə verdiyi sülh, qayıdış və reinteqrasiya məsələləri ağırlıqlı son intervüdən sonra həm Ermənistanla sərhəddə, həm də Qarabağda Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulmasının davam etdirilməsi, hayların 29 il əvvəl Laçında törətdikləri vəhşilikləri yenidən təkrarlamaları, yəni oradakı evlərə od vurmaları onu göstərir ki, bu xəstə təfəkkürlülər ancaq bir dil anlayırlar, o da güc dilidir.

Yəni avqustun 3-dəkilər arabir təkrarlanmalıdır ki, reallığı unutmasınlar.

Laçında və Zabuxda boşaldılan evlərin yandırılmasına gəldikdə, əminəm ku, buna asimmetrik cavab veriləcək. Azərbaycanın xəbərdarlığına əməl olunmaması xəbərdarlıq edilənlərə baha başa gəlməlidir və gələcək. Orada evləri yandıranların isə kimlikləri bir-bir təsbit olunmalı, onlara qarşı cinayət işi açılmalı və beynəlxalq axtarışa verilməlidirlər.

Millət vəkili Sahib Alıyev

visiontv.az