Laçın dəhlizində postumuz nə qədər yoxdur bu kimi özbaşınalıq davam edəcək - Məhəmməd Əsədullazadə
Laçın dəhlizində postumuz nə qədər yoxdur bu kimi özbaşınalıq davam edəcək - Məhəmməd Əsədullazadə
03.05.2021 Məhəmməd Əsədullazadə Tərəfindən

İran Ermənistan üzərindən Laçın dəhlizindən keçməklə Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında olan separtçılara yardım göndərib. Yük maşınlarından ibarət olan bu yardım bir başa separatizmə dəstək və İranın Azərbaycanın ərazi bütövlüyünü pozmasıdır. İranın bu yardımı ilk növbədə separtizmin davam etməsi və bununla Azərbaycanın daima problemlərlə üzləşməsinə hesablanıb. İlk növbədə İran Azərbaycandan icazə almalı idi.

İkinci, Laçın dəhlizindən keçməklə, Azərbaycanın ərazi bütövlüyünü pozub. Üçüncü, Azərbaycanın əleyhinə olaraq separtizmə dəstək verir. Bu yük maşınlarında İranın separtçı ermənilərə silah gətirilməsinidə istisna etmək olmaz. Ona görə də Laçın dəhlizində postumuz nə qədər yoxdur bu kimi özbaşınalıq davam edəcək.

Bundan əlavə,  Rusiya sülhməramlı qüvvələri İran tırlarını Azərbaycan ərazisinə buraxmaqla razılaşmanı pozur. Üç tərəfli razılaşmaya əsasən, xarici ölkə vətəndaşları "Laçın"  dəhlizindən buraxılmamalıdır. Göründüyü kimi İran və Rusiya kordinasiyalı şəkildə erməni separtçılarına lojistik dəstək verir. İrana nota verilməlidir. Həmçinin  Rusiyadan konkret tələb edilməlidir ki, sülhməramli qüvvələrinin fəaliyyətində korektlər etməsən bu ilin axırı Qarabağı tərk etməlisən.

Azərbaycana qarşı İranın bu siyasəti qəbul edilməzdir.

Visiontv.az