Küçəyə çıxmayın! Bakı belə dezinfeksiya olunur
18.04.2020

Bu gün Bakıda hərəkətin intensivliyinə və sıxlığına uyğun olaraq mütəxəssislərin tövsiyyələri əsasında seçilən, şəhər əhəmiyyətli 150-dən artıq əsas küçə və prospektlərdə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılıb.

Visiontv.az xəbər verir ki, ilkin olaraq dezinfeksiya işləri 28 May küçəsindən başlanıb.

Rəşid Behbudov küçəsi, Bülbül prospekti, Neftçilər prospekti, Mehdi Hüseyn küçəsi, Azərbaycan prospekti, İstiqlaliyyət küçəsi, Şeyx Şamil küçəsi, Hüseyn Cavid prospekti, Qara Qarayev prospekti, Məhəmməd Hadi küçəsi və digər küçələr istiqamətində işlər aparılıb. 

Dezinfeksiya işlərinə səhər saat 05:00-da start verilib.

Xatırladaq ki, sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə bu gün küçəyə çıxmamaq xahiş olunub.

Foto: Qafqazinfo

BAKU.WS