Krımdakı partlayışların arxasında Ukraynanın elit hərbi bölmələri dayanır
Krımdakı partlayışların arxasında Ukraynanın elit hərbi bölmələri dayanır
16.08.2022 MEDİA Tərəfindən

İşğal olunmuş Krımın Cankoy yaxınlığındakı hərbi bazada törədilən partlayışların arxasında “Ukraynanı elit hərbi bölmələri” dayanır. Bu bölmələr düşmənin arxasında ciddi fəaliyyət göstərirlər.

Bu barədə The New York Times xəbər verir.

Nəşr bu açıqlamanı Ukrayna rəsmisinə istinadən dərc edib, lakin onun adını çəkməyib.

Vəziyyəti müzakirə etmək üçün adının çəkilməsini istəməyən yüksək rütbəli Ukrayna rəsmisi partlayışın arxasında düşmən xəttinin arxasında fəaliyyət göstərən Ukraynanın elit hərbi birləşməsinin olduğunu bildirib.

Eyni zamanda, Ukrayna hakimiyyəti hələ də partlayışlarda əli olduğunu rəsmən təsdiqləməyib. Nəşir qeyd edib ki, PA rəhbərinin müşaviri Mixail Podolyak bu partlayışda “Ukraynanın əli olduğuna eyham vurub”.

visiontv.az