Kreml Paşinyana ciddi təzyiqlər edəcək
Kreml Paşinyana ciddi təzyiqlər edəcək
18.04.2022 Məhəmməd Əsədullazadə Tərəfindən

Rusiya Ermənistan və Azərbaycan arasında normallaşma prosesini pozmaq və prosesi uzatmaq siyasəti həyata keçirir. Kreml rəhbərliyi iki ölkə arasında sülh müqaviləsinin bağlanmasını Qarabağda sülhməramlı fəaliyyətinə, həmçinin Ermənistanda mövqeyinə mənfi təsir erməsini hesab edir. Ona görə də Kreml N. Paşinyana ciddi təzyiqlər edəcək.

Bundan əlavə daxildə siyasi müxalifəti səfərbərliyə cəlb edəcək. N. Paşinyanın Moskvaya çağırılması və aparılacaq danışıqlarda bir müddət də prosesin durduğu yerdə davam etməsi üçün təlimatlar verə bilər.

Ermənistan Baş naziri artıq regionda formalaşan geosiyasi nizami pozmayacaq. Kremlin  təklif və təzyiqlərindən yayınması istisna deyil. Ermənistan rəhbərliyi Türkiyə və Azərbaycanla sülhdə maraqlıdır. Rusiya post-Paşinyan dövrünə hazırlaşır. Və Rusiyanın 200 ildir ermənilərdən istifadəsinə Paşinyanın son qoymasını ona bağışlamayacaq.

Geopolitik proses Moskvanın əleyhinə işləyir və Paşinyan bundan istifadə edəcək. Onun parlamentdə çıxışı buna hesablanmışdı.

Siyasi şərhçi Məhəmməd Əsədullazadə

Visiontv.az