Kreml Baydenin Putinlə danışıqlar üçün irəli sürdüyü şərtlərə reaksiya verib
Kreml Baydenin Putinlə danışıqlar üçün irəli sürdüyü şərtlərə reaksiya verib
02.12.2022 MEDİA Tərəfindən

Kreml ABŞ prezidenti Co Baydenin irəli sürdüyü danışıqların şərtləri ilə razılaşmayacaq. Rusiya Ukraynaya qarşı müharibəni dayandırmağa hazır deyil.

 RİA Novosti xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Əslində prezident Baydenin nə təklif edib? O təklif edib ki, danışıqlar yalnız Putinin Ukraynanı tərk etməsindən sonra mümkün ola bilər", - Peskov bildirib.

Kreml spikeri Rusiya Federasiyasının belə şərtlərlə razılaşmayacağını, “xüsusi əməliyyat” ın davam etdiriləcəyini bildirib.

"ABŞ hələ də Rusiya Federasiyasının tərkibində yeni əraziləri tanımır. Və təbii ki, bu, hansısa qarşılıqlı müzakirə üçün mümkün olan zəmin axtarışını xeyli çətinləşdirir", - deyə o bildirib.

visiontv.az