Koronavirusla bağlı SON VƏZİYYƏT
11.09.2023

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son 1 həftədə (04.09.2023-10.09.2023) 126 yeni yoluxma faktı qeydə alınıb, 123 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Visiontv.az-a verilən məlumata görə, son həftədə analiz nümunələri müsbət çıxan vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 832 438 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 822 004 nəfər müalicə olunaraq sağalıb, 10 302 nəfər vəfat edib, aktiv xəstə sayı 132 nəfərdir.

Ölkədə son həftə ərzində 2909, hazırkı dövrədək isə 7 677 476 test aparılıb.