Koronavirusla bağlı şayiə yayanlara 50 min dollar cərimə
04.03.2020

Keniyada koronavirusla bağlı (COVİD-19) yanlış xəbər yayanlar 50 min dollar cərimələnəcəklər, və ya 2 il müddətinə həbs olunacaqlar.

Visiontv.az xəbər verir ki, bu barədə hökumət rəsmisi Cyrus Ogunaq bildirib.

Qeyd edək ki, ötən gün isə Keniyada qoruyucu maskaların ixracı qadağan edilmişdi. Qərarın koronavirusla bağlı təcili təxirəsalınmaz tədbirlər elan olunacağı təqdirdə ölkənin ehtiyaclarının ödənilməsi baxımından verildiyini bildirilmişdi.

Qeyd edək ki, son məlumata görə, Afrika qitəsində koronavirusa yoluxanların sayı rəsmi olaraq 12 nəfər qeyd edilib.

Day.Az