Koronavirusdan ölərəmsə-daglar.tv saytının baş redaktoru Nüsrət İsaoğlu
09.07.2020

Tanışlarımın bir neçəsi məni təxminən bu cür yad edəcək...

1. Murad Köhnəqala: Çoox heyfff ... dağlaroğlundan. Cümələrin birində yüz qramm vurub, mütləq yad edəcəm ki, ruhu şad olsun!
2. Rahib Qərib: Virusun olmağına inanmırdı... Bilirdim ki, gec-tez virus onu gəbərdəcək. Eybi yox, ucuzvari milli molla tapıb mütləq yasin oxutduracam.
3. Eldəniz Elgün: Təxminən on günə yaxın idi ki, mərhumu görə bilmirdim. Yəqin arağı olmayıb içməyə. Gözünə döndüyüm bu virus da əlinə düşən fürsətdən məharətlə istifadə edə bilib. Növbəti sağlığı mütləq virusun şərəfinə qaldıracam...
4.Asəf Novruzov: Elə də üzücü xəbər deyil. Canım... ondan qurtardı.
5. Kəramət Böyükçöl: Çooox təəssüflər olsun ki, mənim gələcəkdə MM-də gurultulu çıxışımı eşitməyəcək.
6. Vəli Xramçaylı: O, mənim üçün çoxdan ölüb.
7. Məhəmmədəli Qəribli: Xoşqədəmin verilişinə çıxanda nəşriyyatda ondan başqa mənə baxan yox idi. Zəhməti halal olsun deyə üç dəfə salavat çəkməyi özümə borc hesab edirəm.
8. Surxay Əliyev: Hikmətin canı üçün, o, koronadan yox, araq zəhərlənməsindən dünyasını dəyişdi. Dəfələrlə məsləhət verirdim ki, gəl rayona "Turş su" istirahət mərkəzində araq yox, cana faydalı turş su iç. Ruhu şad olsun.
9. Şirin Cəfərli: Əfsuslar olsun ki, məni gələcəkdə media kapitanı kimi görə bilməyəcək.
10. Şəmsi Qoca: Çoox heyf... Mənim şeirlərimi kim oxuyacaq? Mərhum çox təmiz adam idi, dağ çayında çimmişdi.

Visiontv.az