26.05.2020
Axtar
Dünya
alt

Koronavirusa yoluxan Kadırovun vəziyyəti ağırlaşıb

Moskva klinikalarından birinə yerləşdirilən Çeçenistan başçısı Ramzan Kadırovun vəziyyəti ağırlaşıb.

Visiontv.az Rusiya KİV-nə istinadən xəbər verir ki, həkimlər onun koronavirusa yoluxduğunu təxmin edirlər.

Yoluxandan təxminən bir həftə sonra o, özünü pis hiss etməyə başlayıb, amma bunun adi soyuqlama əlaməti olduğunu düşünüb. İndi isə onun ağ ciyərləri zədələnib, ikitərəfli pnevmoniya ilə müalicə olunur.

Qeyd edək ki, indiyədək Rusiyanın baş naziri Mixail Mişustin, prezidentin mətbuat katibi Dmitri Peskov, qubernatorlar və Dövlət Dumasının deputatları koronavirusa yoluxublar.

Şərh