Koronavirusa qarşı peyvənd 20 ay ərzində hazırlanacaq
01.02.2020

Fransada koronavirusa qarşı peyvənd hazırlanacaq.

Visiontv.az-ın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə Pasteur İnstitutunun professoru Kristof Denfert jurnalistlərə bildirib.

O qeyd edib ki, peyvəndi 20 ay ərzində əldə etmək mümkün olacaq.

 

Xatırladaq ki, Çində koronovirusdan ölənlərin sayı 213-ə, virusa yoluxanların sayı isə 9692-yə çatıb. Virusa yoluxma halları artıq 20-yə yaxın ölkədə qeydə alınıb.