Koronavirus yoluxmasında rekord hədd -191 nəfər
28.05.2020

Azərbaycanda daha 191 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Visiontv.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, ölkəmizdə koronavirus infeksiyasına yoluxma faktı 4759 nəfərə çatıb, 2 nəfər vəfat edib.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 284 669 test aparılıb.