Koronavirus dünyanın ən yüksək zirvəsinə “ayaq açıb“
06.05.2021

Koronavirus epidemiyası dünyanın dəniz səviyyəsindən ən yüksək yeri olan Everest dağındakı alpinistlər arasında da yayılmağa başlayıb. Visiontv.az xəbər verir ki, düşərgələrdə qalan alpinistlərin göndərildiyi Katmandu xəstəxanalarında 17 nəfərin COVID-19 daşıyıcısı olduğu aşkar edilib.

Qeyd edək ki, Everestdə ilk dəfə aprelin 20-də norveçli alpinist Erlend Ness koronavirusa yoluxub. Bütün bunlara baxmayaraq, Nepal hökuməti alpinistlərin müsbət virus testləri ilə bağlı hər hansı bir açıqlama verməkdən imtina edib.