5.06.2020
Axtar
Dünya
alt

Koronavirus bütün dünyadan təcrid olunmuş xalqa da çatdı

Amazon cəngəlliyində yaşayan, dünyadan təcrid olunmuş və xarici xəstəliklərə qarşı həssaslığı ilə tanınan Yanomami xalqı arasında koronavirusa ilk yoluxma halı qeydə alınıb.

Visiontv.az xəbər verir ki, bu barədə Braziliyanın Səhiyyə naziri Luiz Henrique Mandetta məlumat verib.

Bildirilir ki, koronavirus daşıyıcısı 15 yaşlı yeniyetmədir və o, Roraima əyalətinin paytaxtı Boa Vistadakı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

"Bu gün Yanomami xalqı arasında çox narahatedici bir hadisəni (virus) təsbit etdik. Yerli icmalara, xüsusən xarici dünya ilə az təmasda olan icmalara üçqat diqqətli yanaşmalıyıq", - deyə Braziliyanın Səhiyyə naziri Luiz Henrique Mandetta bildirib.

Qeyd edək ki, üz boyası və mürəkkəb pirsinqləri ilə tanınan Yanomami xalqı təqribən 27 min nəfərdən ibarətdir. Yanomami xalqı 20-ci əsrin ortalarına qədər təcrid olunmuş həyat tərzi sürüb və 1970-ci illərdə qızılca və malyariya kimi xəstəliklərdən də əziyyət çəkib.

Şərh