Koreyada kimya zavodunda PARTLAYIŞ: 36 yaralı
04.03.2020

Cənubi Koreyanın Sosan şəhərində güclü partlayış baş verib.

Visiontv.az xarici mətbuata istinadən xəbər verir ki, partlayış "Lotte Chemical" şirkətinə məxsus kimya zavodunda qeydə alınıb.

Partlayış yanğınla müşayiət olunub, insident nəticəsində azı 36 nəfərin yaralandığı bildirilir. Yaralılar xəstəxanalara yerləşdirilib, 2 nəfərin vəziyyəti ağır qiymətləndirilir. Ölənlərin olması barədə məlumat yoxdur.

Yanğının zavodda neft ötürülməsi aparılan hissədə baş verdiyi bildirilir. 2 saatdan sonra yanğının qarşısını almaq mümkün olub. Kimyəvi sızma təhlükəsi olmadığı qeyd edilir.

Hazırda zavodun böyük bir hissəsi işi dayandırıb, insident baş verən ərazidə şirkət nümayəndələri və müvafiq qurumların əməkdaşları var.