Konstitusiyada və hərbi doktrinada dəyişikliklər labüddür
Konstitusiyada və hərbi doktrinada dəyişikliklər labüddür
30.07.2022 Məhəmməd Əsədullazadə Tərəfindən

İkinci Qarabağ müharibəsindən sonra regionda yeni reallıqlar ortaya çıxıb. Azərbaycan yeni geosiyasi nizam yaradıb. Bundan əlavə Rusiya Ukrayna müharibəsi fonunda yaxın regionda təhlükəsizlik riskləri ən üst səviyyədədir. Ümumiyyətlə, beynəlxalq siyasi nizam dəyişilir və dövlətlərin sərhədlərinin dəyişməsidə uzaq perspektivdə deyil.

Cənubi Qafqaz risk zonasıdır və Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi bağlanmayıb. Ermənistan manevrlər edir. Xüsusilə Rusiya və İranın diktəsi ilə əldə olunan razılaşmaları yerinə yetirmir. Bu da regionda təhlükəsizliyin pozula biləcəyini göstərir.

Bundan əlavə, Azərbaycan öz təhlükəsizliyini və yeni risklərə qarşı öz hərbi doktrinasında dəyişiklik etməlidir. Qəbul edilən Konstitusiyada bir çox maddələr və hərbi doktrina indiki şərtlərə cavab vermir. Prezident İlham Əliyevdə artıq dünyanın siyasi nizamının dəyişdiyini vurğulayıb. Ona görə də mütləq şəkildə Azərbaycan ərazisində qardas Türkiyənin hərbi bazasınin olması üçün hüquqi əsas olmalıdır.

Artıq Rusiya əvvəlki Rusiya deyil. Türkiyə də güclü şəkildə inkişaf edib. İranın ölkəmizə qarşı hibrid və digər parametrlərdə təzyiq etmək siyasətini görürük. Ona görə də Türkiyənin hərbi bazası Şərqi Zəngəzurdə və Abşeron yarımadasında təsis edilməlidir. Yeni hərbi -siyasi çağırışlar bunu diktə edir.

Konutitusiyada dəyişikliklər üçün keçirilməsi nəzərdə tutulan referendumla bir çox bəndlər mövcud və gələcək risklər, siyasi çağırışlarla uzlaşmalıdır.

Məhəmməd Əsədullazadə

 politoloq

visiontv.az