Kollektiv əməkdaşlığın uğurlu kombinasiyası yeni perspektivlər yaradır
Kollektiv əməkdaşlığın uğurlu kombinasiyası yeni perspektivlər yaradır
05.02.2022 Hikmət Babaoğlu Tərəfindən

Fevralın 4-də "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin VIII toplantısında səsləndirilən fikirlər dəhlizin istismara verilməsindən ötən bir il ərzində qət edilən məsafə və əldə olunan nəticələrin xeyli sayda Avropa ölkəsinin yenidən bu layihəyə marağının artmasına səbəb olduğunu ortaya qoydu.

Cənub Qaz Dəhlizini cazibədar edən çoxsaylı səbəblərdən biri isə unikal alternativ enerji kəməri kimi təhlükəsiz və sabit olması, hər cür siyasi spükuliyasiyalardan uzaq tutulmasıdır. Bu isə mənbə və ixracatçı öklə olan Azərbaycanın həyata keçirdiyi strateji enerji siyasəti ilə bağlıdır. Üstəlik yeni prerspektiv qaz mənbələrinin kəşf edilməsi və təsdiq edilmiş qaz yataqlarının nəhəng ehtiyyatları hazırda Avropada hər gün bir az daha bahalaşan və  bəzən qlobal siyasi gündəmin də mövzusuna çevirilən qaza tələbatın daha da artması Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirir.

Yəni Avropa Azərbaycanı özünün enerji təhlükəsiziliyini təmin edən etibarlı tərəfdaş və strateji portnyor kimi görür. Doğrudan da istər 44 günlük müharibə dövründə, istərsə də postmüharibə dövründə yeni reallıqların qəbul edilməsi prosesinin gərgin vaxtlarında belə Azərbaycan sabit və etibarlı tərəfdaş kimi bütün beynəlxalq öhdəçiliklərini yerinə yetirməklə ən çətin geostrateji vəziyyətdə belə enerji kommunikasiyalarının təhlükəsiziliyini yüksək səviyyədə təmin etməyi bacardığını nümayiş etdirdi. Bütün bunlar şübhəsiz ki, nəticə etibarilə Aİ üçün Azərbaycan ilə tərəfdaşlıq münasibətlərinin böyük əhəmiyyət kəsb etdiyinin etiraf olunmasına və bu münasibətlərin daha da gücləndirilməsi üçün iqtisadi sərmayə planı çərçivəsində Azərbaycana 2 milyard avroluq maliyyə paketinin ayrılmasına gətirib çıxardı.

Ona görə də Avropa İttifaqı ilə qarşılıqlı etimada söykənən münasibətlərə toxunan prezident İlham Əliyev qeyd etdi ki, enerji siyasətimizin arxasında heç bir siyasi gündəm olmayıb, bizim enerji siyasətimiz həmişə çox açıq, şəffaf, biznes və nəticələrə hesablanmış olub, əməkdaşlığa və qarşılıqlı dəstəyə gətirib çıxarıb. Hazırda isə Azərbaycanda daxili enerji tələbatını ödəmək üçün çox mühüm yaşıl enerji layihələri həyata keçirilməyə başlanılır ki, bu da nəticə etibarilə  Aİ ölkələrinə daha çox qaz ixrac edilməyi mümkün edəcək. Beləliklə, ölkəmiz iki strateji hədəfə, həm yaşıl və bərpa olunan enerji mənbələri ilə öz enerji təlabatını ödəməyə, həm da hazırki  qaz ehtiyyatlarından maksimun səmərəli istifadə etmək hədəflərinə nail olmağa çalışır.

Millət vəkili Hikmət Babaoğlu

Visiontv.az