Köhnə sayğacları ağıllı sayğaca çevirmək mümkündürmü? - AÇIQLAMA
Videonu Aç
Köhnə sayğacları ağıllı sayğaca çevirmək mümkündürmü? - AÇIQLAMA
14.07.2021 Elvin ABBASOV Tərəfindən

Son 10 ildə alınıb istifadə edilən sayğaclara kiçik elektron cihazlar quraşdırmaqla onları smart tipli, yəni ağıllı sayğaclara çevirmək mümkündür. Hansı ki, bu sayğaclarda olan informasiyaları heç bir insan əməyi tələb olunmadan oxumaq mümkündür. Yəni heç bir rəsmi şəxsin abunəçinin qapısını döyüb sayğacı oxumasına ehtiyac yoxdur. Yalnız internet vasitəsi ilə bütün informasiyalar sayğacdan qurumun mərkəzi bazasına ötürülür.

Sayğacın kalibrasiyası yəni maye, qaz yaxud elektrik enerjisinin axımının ölçülməsi mexanizmi eynidir. Burada yalnız söhbət hesablanmış sərfiyyatın bazaya ötürülməsindən söhbət gedə bilər. Yəni 120 manatlıq sayğacın üzərinə 30 manatlıq avadanlıq quraşdırmaqla da həmin məlumatı ötürə bilərik. Yaxud da yenidən 300 manatlıq xərc çəkib yeni sayğac quraşdırmalıyıq. Əgər bütün abunəçilərin sayını da nəzərə alsaq yaranan məbləğin necə böyük olduğunu görə bilərik. Məncə ölkənin gələcək dayanıqlığını qorumaq üçün investisiyaların strategiyasını düzgün müəyyən etmək lazımdır.