KocaeliTV və VisionTV-nin “Qardaş saatı” proqramının aparıcısı Cəfər Dal mükafata layiq görüldü
KocaeliTV və VisionTV-nin “Qardaş saatı” proqramının aparıcısı Cəfər Dal mükafata layiq görüldü
05.02.2021 Qənirə Paşayeva Tərəfindən

Türkiyənin Kocaeli TV və VisionTV-nin birgə yayımı olan “Qardaş saatı” proqramı 1 ildir ki, efirdədir. Bu müddət ərzində proqramda Azərbaycanda və Türkiyədə baş verən ictimai-siyai proseslər hər iki ölkədən olan politoloqlar, siyasilər, iqtisadçılar tərəfindən təhlil edilərək tamaşaçılara çatdırılmışdır.

Azərbaycanın 44 günlük Vətən müharibəsində həqiqətləri dünyaya çatdırmaqda qardaş Türkiyənin digər televiziyaları kimi KocaeliTV-də yaxından iştirak etdi. Və bu məsələdə “Qardaş saatı” proqramı və onun Türkiyədə olan aparıcısı Cəfər Dalın müstəsna xidmətləri oldu. Bütün bunları nəzərə alan Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva proqramın Türkiyədən olan aparıcısı, Visiontv.az internet televiziyasının Türkiyə təmsilçisi Cəfər Dalı təşəkkür sənədinə layiq görübdür. Həmkarımızı təbrik edirik.

“Qardaş saatı” proqramının Türkiyədən olan aparıcısı Cəfər Dal bizimlə söhbətdə Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə xanım Paşayevanı, Kocaeli TV-nin rəhbəri Turgay Tüysüz və VisionTV MMC-nin rəhbəri Elvin Abbasova öz təşəkkürünü bildirdi.

Qeyd edək ki, Proqramın Türkiyə üzrə aparıcısı Cəfər Dal, Azərbaycan üzrə aparıcısı isə visiontv.az internet televiziyasının baş redaktoru Şöhrət El-Dənizdir.

Proqram hər həftənin 2-ci günü saat 20:30-da KocaeliTV-də canlı yayımda olur.