Kissincer Ukrayna müharibəsinin üç mümkün nəticəsini qeyd edib
Kissincer Ukrayna müharibəsinin üç mümkün nəticəsini qeyd edib
01.07.2022 MEDİA Tərəfindən

Birincisi, hərbi əməliyyatların indi dayandırılması, ikincisi, fevralın 24-dən əvvəlki vəziyyətə qayıtmaq, üçüncüsü Kiyevin Krımı öz tərkibinə qaytarmaq cəhdi.  Keçmiş dövlət katibi (1973-1977) və ABŞ-ın milli təhlükəsizlik müşaviri (1969-1975) Henri Kissincer Ukraynadakı münaqişənin üç yolla bitə biləcəyini bildirib.

"Birinci variant. Rusiya indi olduğu yerdə dayansa, o zaman Ukraynanın 20%-ni, əsas sənaye və kənd təsərrüfatı bölgəsi olan Donbasın böyük hissəsini və Qara dəniz sahilindəki böyük torpaqları fəth edəcək. Onda bu Rusiya üçün qələbə olacaq və NATO-nun bu işdə rolu əvvəllər düşünüldüyü qədər əhəmiyyətli olmayacaq”.

Kissincer bu barədə  Britaniyanın “The Spectator” jurnalına müsahibəsində bildirib.

İkinci variant. Onun fikrincə, Rusiyanı xüsusi əməliyyat başlamazdan əvvəl ilhaq etdiyi ərazilərdən, o cümlədən Krımdan “sıxıb çıxarmaq” cəhdidir. Kissincer deyib ki, əgər hərbi əməliyyatlar davam edərsə, “Qərb Rusiya ilə müharibə vəziyyətində olacaq”.

Üçüncü ssenari, diplomatın fikrincə, fevralın 24-nə qədər vəziyyətə qayıtmaqdır. Onun fikrincə, bu halda Ukrayna “yenidən silahlanacaq və NATO ilə sıx əlaqədə olacaq” və ya hətta alyansın üzvü olacaq. O, eyni zamanda, bu ssenarinin münaqişənin müəyyən müddətə dondurulmasını nəzərdə tutduğunu diqqətə çatdırıb.

Aytən Əlizadə

visiontv.az