KİŞİ və QADIN məsələsi
KİŞİ və QADIN məsələsi
17.08.2022 MEDİA Tərəfindən

Deyirlər, tarixlərin bir günü adlı-sanlı, varlı bir qadın bir neçə nəfərin müşayəti ilə məşhur filosof Konfutsinin yanına məsləhətə gəlir. Filosof xanımı ehtiramla qarşılayır, xudmani bir çsy süfrəsi açır. Süfrə arxasında xanım sual edir:

-Möhtərəm filosof, dünyanı ədalətsizlik götürüb gedir. Necə olur ki, bir qadının bir neçə sevgilisi olanda, hamı bunu əxlaqsızlıq hesab edir, amma bir kişi 3-4 qadınla görüşəndə bu, normal qəbul edilir?

Filosog cavab verməzdən əvvəl süfrə arxasında oturanların hamısının fincanına çay süzür. Sonra isə soruşur:

-Hörmətli xanım, bir çaydandan 5 stəkana çay süzülməsi normaldırmı, bu çayları içmək olarmı?

-Əlbəttə olar - deyə qadın cavab verir və fincandakı çayın dadına baxır. Məclisdəki kişilər də hərəyə bir udum alır.

Filosof çaydanın ağzını açır, fincanlarda qalan çayları bir-bir çaydana qaytarır:

-İndi bu çaydandakı çayı içmək olarmı?

-Əlbəttə, olmaz - deyə qadın cabab verir.

Bəli, filosof öz sözünü deyir, nəticə çıxarmaq isə, hərənin öz işidir...

Qalib Arif

visiontv.az