Kip Torn və Qalileo Qaliley arasında təxminən yarım min il var
Kip Torn və Qalileo Qaliley arasında təxminən yarım min il var
24.01.2023 MEDİA Tərəfindən

500 il ərzində bəşəriyyət Qalileonun ixtira etdiyi optik teleskoplardan istifadə edərək Kainatı öyrənirdi. Teleskoplar mürəkkəbləşdi, onlar təkcə görünən işıqda deyil, həm də radiodalğa diapazonunda da işləyirdilər artıq. Onları kosmosda yerləşdirməyə başladılar... Amma iş prinsipi dəyişməz qaldı, çünki elektromaqnit şüalanmasından istifadə edirdilər.

14 sentyabr 2015-ci ildə Kip Torn və həmkarları yeni astronomiya kəşf etdilər. Onlar sübut etdilər ki, Kainatı başqa növ dalğalardan - qravitasiya dalğalarından istifadə etməklə öyrənmək olar. Bunlar Böyük Partlayışdan gələn dalğalardır və hər şeyin necə başladığı haqqında məlumat daşıyırlar.

Bu suala cavab axtardığına görə 1633-cü ildə Qalileo Müqəddəs İnkvizisiya ilə problem yaşadı. Hətta edamla belə təhdid edildi.

500 il sonra isə Kip Torn buna görə 2017-ci ildə Nobel mükafatına layiq görüldü.

Dünya hardan haraya gəldi. Albert Eynşteynin 100 il əvvəl nəzəri olaraq ortaya çıxardığı qravitasiya dalğaları Kip Torn sayəsində praktiki olaraq da isbat edildi.

İbrahim Nəbioğlu

visiontv.az