Kimə çiyələk yemək olmaz?-HƏKİM məsləhəti
26.04.2019

Kimə çiyələk yemək olmaz?-HƏKİM məsləhəti

Çiyələk  hər birimizin ən sevimli giləmeyvəsidir. Onu həm uşaqlar, həm də böyüklər xoşlayır. Çiyələk həm də çox faydalıdır — qanı təmizləyir, damarları möhkəmləndirir, əhvalı yaxşılaşdırır, stresi azaldır.

Lakin bəzi xəstəliklər və pozulmalar zamanı çiyələyi yemək olmaz. Beləliklə, kimlər çiyələkdən imtina etməlidir? Həkimlər bu xəstəliyi olanlara çiyələk yeməməyi tövsiyyə edirlər:

allergiyadan əziyyət çəkənlər
oynaq xəstəlikləri olanlar 
podaqra olanlar
mədə xorası, qastrit və qastroduodenitdən əziyyət çəkənlər 
böyrək daşı xəstəliyi, sistit və piyelonefrit zamanı

Təzyiq dərmanı qəbul edirsinizsə, çiyələk yeməyin. Bu böyrəklərin həddindən artıq yükləməsinə səbəb ola bilər.