"Kəsik baş" nağılı indi döndü, Qasem Süleymaninin "kəsik qol" yalanına
"Kəsik baş" nağılı indi döndü, Qasem Süleymaninin "kəsik qol" yalanına
25.03.2023 MEDİA Tərəfindən

Tarix, öz kitabını, özü yazmır. Əlləri, barmaqları daha ciddi işlərlə məşğuldu. Qələm, tapanca, rəssam fırçası, süngü, Trotski nümunəsində, -buz baltası, tabutunu yonacaq rəndə belə... bəli, istisnasız həmişə düşmən əlindədir.

"Qələm, düşmən əlindədir" xalq ifadəsi, alleqorik deyil, həqiqi, real məzmunludur deyərdim.

Fədai tarixini öyrənərkən, atam rəhmətlik Qafar Kəndli, tarixçi Fədai Horasaninin bax bu nadir kitabına xüsusi əhəmiyyət, dəyər verərdi. Təbriz fədai tarixinin əvvəlini bax bu kitabın 276-77-ci səhifələrindən başlardı...

Kitabda deyilir ki, qələm həmişə düşmən əlindədir. Əlamut qələsi yıxılandan sonra fədailərin tarixi saxtalaşdırılıb.

Əsl həqiqət, isə, Fədai Horasaninin, eşidin, bu cümlələrindədir: Əlamut yıxılandan sonra fədailərin gizlin, yəni batini dövrü başladı. Üzdə, bir səfehi göndərdilər Çingiz xanın varisi Məngu haqanın sarayına ki, guya o sonuncu İsmaili hökmdarı Rüknəddin Hurşahdı. Əsl Rüknəddin Hurşah isə gizlincə Təbrizə sığındı. Fədailərin "Mərkəzi-Qeybi"sini təsis etdi, yeni batiniyyə dövrünə start verdi.

Fədai Horasaninin sonrakı cümlələri isə lap sarsıdıcıdır. Mövzunu davam etdirərək o yazır: Rüknnəddin Hürşah, batini hakimiyyəti, fədailərin gözü önündə, oğlu Şəms Təbriziyə ötürür. Bax bu Şəms Təbrizi, sonralar sufi qiyafəsində dərvişlik edərmiş. "Qılınc və qələm" rəmzləri də məhz ondaymış. "Qələmi" o məncə Camaləddin Rumiyə ötürür, "Qılınc" isə...

Təbriz fədailərinə.

Beləliklə, Əlamutun qılnıcı, Təbriz fədai məktəbindədir elə indi də.

Və biz bu qılıncı, istəsək, yenə də, qınından sıyırıb, göylərə qaldırarıq.

Dediklərimi, daha başqa sənədlərlə də təsdiqləyə bilərəm.

Söhbətimiz, azca uzun olacaq deyəsən bu dəfə.

"Fədai" məkrəbi səmadakı Ay kimidir.

İki tərəfi var- görünməyən və görünən.

İki məktəbi var-Təbriz ( sol, solaxaylar) və Qum məktəbləri ( sağçılar, sağaxaylar).

Qumdakılar, bəli, bilin, Həsən ibn Səbbah, Əlamutyolu garahudurlar. Nəvvab Səfəvidən, 1979-cu il inqilabından sonra fədai adından da imtina ediblər, bir çox ən vacib fədai ənənəsindən də.

"Fələk qırmançına" dönüblər mollaların. Adlarını Sepah qoyublar.

Fədailiyin qəniminə çevriliblər.

Qasem Süleymaninin "Əl Qüds" dəstəsi, belələrindəndi. Erməniləri də öz sıralarına almışdı. Hətta erməni yaralılarını özünə birləşdirib İdlibdə Türkiyəyə və türklüyə qarşı gizli əməliyyat da hazırlayırdı 2020-ci ildə.

Allah qoymadı.

Bax bu Həsən İbn Səbbah ardıcılları, bir gün şəriəti də ləğv edib "Nizari" adını götürdülər. Saxtakarlığı, təqiyyəni əsl insani hisslərə qarşı qoymuşdular.

"Kəsik baş" xalq nağılını, səhnələşdirib, mürüdlərini zombiləşdirərdilər. Yalançı bir kəsik baş qondarardılar, sonra guya danışdırardılar bu kəlləni. Hamletin kəlləylə söhbətini bir başqa cür curlayardılar.

Saxta oxşarları da olardı hər birinin.

"Kəsik baş" nağılı zamanla modernləşdi bu məktəbdə. Qasem Süleymaninin saxta "kəsik qol" nağılına çevrildi.

Gözləyin, bu saxta "Kəsik qol" hələ çox oyunlardan çıxa bilər.

Tezliklə bu "Kəsik qol", nizariyolu gediş edib, növbəti dəfə şəriəti də ləğv etmək istəyəcək, elə Seyyid Əli Hamneyi hakimiyyətini də.

Həmid Herisçi

visiontv.az