KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ İKİ ELMİ-TƏDQİQAT İNSTİTUTUNUN DİREKTORU VƏZİFƏSİNİN TUTULMASI ÜÇÜN MÜSAHİBƏ ELAN EDİB
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru vəzifəsinin tutulması ilə bağlı müsahibə elan edib. Müsahibənin şərtləri nazirliyin rəsmi saytının "Elanlar" bölümünə yerləşdirilib. Şərtlərlə aşağıdakı linkdə tanış olmaq mümkündür.
Nazirlik həmçinin Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru vəzifəsinin tutulması ilə bağlı müsahibə elan edib. Bu müsahibənin şərtləri də nazirliyin rəsmi saytının "Elanlar" bölümünə yerləşdirilib. Şərtlərlə aşağıdakı linkdə tanış olmaq mümkündür.
Müsahibədə iştirak etmək istəyənlər 10 dekabr 2018-ci il tarixinədək hr@agro.gov.azünvanına yaza və ya (012)493-37-48 nömrəsinə zəng edə bilərlər.