Kənan M.M. həyat yoldaşından danışdı - Çox Xalq artistindən yaxşı oxuyur
11.08.2021

Rejissor və aktyor Kənan M.M şəxsi həyatı ilə gündəmə gəlib.

Visiontv.az xəbər verir ki, "Üzə-düz" proqramına qonaq olan Kənan rejissorluğa başladığı vaxtlar maddi sıxıntılar yaşadığını bildirib. Aktyor həyata yenidən gəlsə, yenə də bu peşəni seçmək istədiyini qeyd edib:

“Fəaliyyətimə yeni başlayanda kirayədə qalırdım, Rəna xala var idi, bizi yedizdirirdi, paltarımızı yuyurdu. "Qayıdış" serialını çəkəndə həmin o evə getdim. İstədim ki, o mənzil tarixə düşsün. Hətta tanındığım vaxtlarda belə cibimin boş qaldığı anlar olub. Bunu ilk dəfədir deyirəm, utanmıram. Son qəpiyimi işıqforda kiməsə vermişəm”.

Ailə həyatından da danışan Kənan həyat yoldaşı Aygünün Xalq artistlərindən belə yaxşı oxuduğunu deyib:

“Biz Aygünlə ailə həyatı quranda bilirdik kimik… Sonradan məşhurlaşmadıq. Ailə quranda heç kimdə nəsə dəyişmədi. Aygün bir çox Xalq artistindən yaxşı oxuyur. Sənət də vətən sevgisi kimi bir şeydir. Mən 100 dəfə də bu dünyaya gəlsəm, yenə özümü bu sənətdə görürəm”.

Qeyd edək ki, Kənan M.M həyat yoldaşı müğənni Aygün Şükürova ilə 2008-ci ildə evlənib. Onların tanışlığına “Azəri Star” yarışmasının təşkilatçısı Kamal Cenk İçten vəsilə olub. Hazırda cütlüyün 3 övladı var.