Kəmaləddin Heydərovun oğlu tanınmış teleaparıcıya vəzifə verib
09.09.2019

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərov tanınmış teleaparıcı Cəlalə Nəzəroğluna vəzifə verib.

VisionTV.az Sonxeber.az-a istinadən xəbər verir ki, Tale Heydərov Cəlalə Nəzəroğlunu "LİBRAFF" mağazalar şəbəkəsinə rəhbər təyin edib.

Sözügedən təyinatla əlaqədar teleaparıcı "GİLAN Holdinq" rəhbərliyinə, o cümlədən, Tale Heydərova təşəkkür edib.