Kəllə sümüyünə dəmir çubuq sancılan adam sağ qaldı - VİDEO
16.04.2019

Adamın sağ gicgahından girən dəmir çubuğun beynin sol frontal zonasından çıxdığı müəyyən edilib

Kəllə sümüyünə dəmir sancılan adam sağ qala bildi.

Visiontv.az xəbər verir ki,  hadisə Hindistanda baş verib.  21 yaşlı bir adamın başına sancılan 90 sm uzunluğundakı dəmir çubuğa baxmayaraq möcüzə nəticəsində  həyatda qala bildi

 Qeyd edək ki, hadisə  inşaat sahəsində təmir işləri aparan Sanjay Bahe adlı  bu şəxsin tarazlığını itirərək bir quyuya düşməsi və  ardından başına dəmir çubuq sancılması ilə başlayıb.

Xəstəxanaya aparılan adamın sağ gicgahından girən dəmir çubuğun beynin sol frontal zonasından çıxdığı müəyyən edilib. Həkimlər 1,5 saat davam edən əməliyyatın möcüzəvi bir şəkildə yaxşı keçdiyini və dəmir çubuğu adamın başından çıxardıqlarını bildiriblər.

 

 xezerxeber.az