Kəlbəcərdə şəhid olan əsgərimiz dəfn edilib
12.01.2022

Ermənistan silahlı qüvvələrinin yanvarın 11-də dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribat nəticəsində şəhid olan hərbi qulluqçumuz Ayaz Nəzərov anadan olduğu Tovuz rayonunda dəfn edilib.

Visiontv.az xəbər verir ki, şəhid hərbçi Tovuzun Bozalqanlı kənd qəbiristanlığında torpağa tapşırılıb.

Şəhidin dəfn mərasimində hərbçilər, rayon İcra Hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak edib.

APA