Keçmiş prezident Barak Obama boşanır
01.03.2019

Keçmiş prezident Barak Obama boşanır

Amerikanın The Nation nəşrində ABŞ-ın keçmiş prezidenti Barak Obama ilə həyat yoldaşı Mişelin ayrılacağı barədə məqalə işıq üzü görüb.

Visiontv.Az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, məlumata görə, ayrılmaq üçün ilk addımı keçmiş birinci ledi atıb. O bildirib ki, ərinin davranışlarından yorulub. Misal üçün, o bir neçə il əvvəl Cənubi Afrika Respublikasının prezidenti Nelson Mandela ilə vidalaşma mərasimində Danimarkanın baş naziri Helle Torninq Şmitdlə flirt edib.

Barak Obama danimarkalı qadınla söhbətləşib və ara-sıra onun çiyini sığallayıb. Və bütün bunlar Mişelin gözü qarşısında baş verib.

 

Ağ Ev-də olan mənbənin məlumatına görə, Barak və Mişel nikahları ümumi uşaqlarına, siyasi arenada karyeralarına görə saxlayıb.