Keçi südünün faydaları-Ən əsası CAVANLAŞDIRIR
06.04.2019

Keçi südünün faydaları

Qədimdə keçi südü müalicəvi vasitə kimi istifadə olunurdu. Keçi südünün müalicəvi xüsusiyyətləri haqqında hələ dahi Hippokratın əsərlərində məlumat verilirdi.

Kalium və maqnezium kimi elementlərlə zəngin olan keçi südü ürək üçün həqiqətən xeyirli məhsuldur. Bu süddən XIX-cu əsrdə İsveçrə kurortlarında vərəmin müalicəsində çox geniş şəkildə istifadə olunub. Süd insanın immun sisteminə çox müsbət təsir edir, orqanizmin xəstəlikdən sonra bərpa olunmasını sürətləndirir. Tez-tez xəstələnən, zəif uşaqlar üçün keçi südü məsləhət görülür. Həkimlərin sözlərinə görə 3 yaşından başlayaraq uşağın qidalanmasına təbii keçi südü əlavə etmək olar (əvvəllər kiçik miqdarlarla).

 

Keçi südünün vitamin-mineral tərkibi inək südü ilə müqayisədə daha zəngindir. Keçi südündə A, B, D, E vitaminləri və kalium, kalsium, maqnezium, kobalt kimi mineralları vardır.

Təbii kalsium mənbəyi olduğu üçün sümüklər, dişlər üçün xeyirlidir. Həmçinin ürək-damar, sinir sisteminə müsbət təsir edir. Xalq tənbabətində mədə -bağırsaqda olan xoraların və eroziyaların sağalmasında əvəzsizdir.

Südün ən önəmli əhəmiyyəti orqanizmdən ziyanlı maddələrin çıxarılmasına kömək etməsidir.

Ümumillikdə keçi südünün tərkibində olan yağlar və zülallar inək südü ilə müqayisədə insan orqanizmi tərəfindən daha asan mənimsənilir.

Keçi südü qədim vaxtlardan cavanlaşdırıcı vasitə kimi istifadə olunurdu. Keçmişdə cavanlığını qorumaq istəyən qadınlar keçi südü ilə üzünü yuyurdu, vanna qəbul edirdilər. Keçi südü əsasında çox təsirli cavanlaşdırıcı maskalar hazırlanır. Ən tanınmış kosmetika firmaları keçi südündən cavanlaşdırıcı kosmetik məmulat hazırladığını hər birimiz bilirik. Alimlər sübüt ediblər ki, süd qırış əleyhinə əsas vasitələrdən biridir. Tərkibində olan vitamin kompleksi dərinin cavanlaşmasına zəmin yaradır. Əbəs yerə deyil ki, kosmetoloqlar keçi südündən hazırlanan maskalar istifadə etməyi tövsiyyə edirlər. Dermotoloqlar keçi südündə 20 dəqiqə ərzində 2 xörək qaşığı yulaf yarması isladıb və təmiz üz dərisinə çəkməyi dəri üçün əvəzsiz nəmləndirici hesab edirlər.

Hazırda keçi südü tərkibli nəmləndirici,ağardıcı üz kremi, gecə kremi, əl kremləri xanımlar arasında istifadə edilməkdədir.