Kartofun ixracına tətbiq edilən gömrük rüsumu ləğv edildi
30.04.2019

Bu gündən Azərbaycandan kartofun ixracına tətbiq edilən gömrük rüsumu ləğv edilib

Bu gündən Azərbaycandan kartofun ixracına tətbiq edilən gömrük rüsumu ləğv edilib.

 

Nazirlər Kabinetinin 6 aprel 2018-ci il tarixli qərarına əsasən, 2019-cu il aprelin 30-dək təzə və ya soyudulmuş kartofun 1 kiloqramının ixracına 1 dollar gömrük rüsumu tətbiq edilib.

 

Qeyd edək ki, Nazirlər Kabineti daxili bazarın tənzimlənməsi və qiymətlərin sabitləşməsi məqsədilə 2019-cu il aprelin 30-dək təzə və ya soyudulmuş kartofun 1 kiloqramının ixracına 1 dollar, 31 may 2019-cu il tarixədək həm 1 kiloqram soğanın, həm də 1 kiloqram kələmin ixracına 2 dollar gömrük rüsumu tətbiq etmişdi. (ONA)