Karantin vaxtı damda qumar oynayanlar saxlanıldı
18.04.2020

Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Şahağacı kəndinin sakini olan 6 nəfərin yaşadıqları kənddə hazırda istifadə olunmayan tikilinin damında qumar oynadıqları aşkar olunub.

Visiontv.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, karantin rejimi qaydalarını pozan həmin şəxslər saxlanılaraq şöbəyə gətirilib.

Hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə tədbir görülüb və inzibati qaydada həbs olunublar.