Karantin rejimi daha da yumşalacaq - RƏSMİ
08.08.2020

"Azərbaycanda tədricən aparılan yumşalar bir çox ölkələrin təcrübəsinə uyğundur".

Visiontv.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın brifinqində bildirib.

O əlavə edib ki, ölkədə addım-addım yumşalmalara gediləcək: "Sual oluna bilər ki, bu yumşalmalara getdikdə yoluxmanın artması mümkündürmü? Bunun cavabı təəssüf ki, bəli mümkündür".