Kanadada çovğun həyatı iflic edib
13.02.2019

Kanadada çovğun həyatı iflic edib

Kanadada ötən gecədən başlayan çovğun həyatı iflic edib.

Visiontv.Az AZƏRTAC-a istinadən bildirir ki, küləyin sürəti saatda 70 kilometrə çatıb. Sürücülərə xəbərdarlıq edilib. Torontodakı orta və ali təhsil müəssisələrində dərslər dayandırılıb. Bununla yanaşı, Pearson aeroportundan uçuşların təxminən 30 faizi təxirə salınıb.

Kanada üçün xarakterik olmayan bu hal sonuncu dəfə 2011-ci ildə qeydə alınıb.